Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ayxan Abbasov: Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük stimul olar



Syerra-Leone ilə oyunda qalib gəlmək istəyirik. Azarkeşlərin də dəstəyi bizim üçün önəmlidir. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük stimul olar.

BrendSport.az
xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra-Leoneyə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, rəqibin Bakıya optimal heyətlə gəldiyini vurğulayaraq bildirib: "Biz turnirdə ikinci, rəqib isə ilk matçına çıxacaq. Onlar fərqli komandadır. Son matçlarını təhlil etmişik. Reytinqdə də bizdən üstündürlər. Səhv etmirəmsə, ilk dəfədir Afrika təmsilçisi ilə üz-üzə gələcəyik. Syerra-Leonenin heyətində Fransada oynayan müdafiəçi var. Biz isə yalnız qələbə düşünürük".

Baş məşqçi heyətdə dəyişikliyin olacağını da qeyd edib: "Rəqibə görə heyət formalaşdıracağıq. Buna ehtiyac var. Biz istəyirik ki, yığmada iki heyət quraq. Hamı hazır olmalıdır".

Qeyd edək ki, matç martın 30-da saat 19:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş