İranlı şahmatçı: Uzun müddətdir Vüqar Həşimov Memorialında iştirak etməyi arzulayırdım

Bu prestijli turnirə uzun müddətdir baxırdım. Burada iştirak etməyi arzulayırdım. Şadam ki, bu istəyimə çatdım.
BrendSport.az xəbər verir ki, bu sözləri Xankəndidə bu gün start götürəcək Vüqar Həşimov Memorialında ilk dəfə iştirak edən İran şahmatçısı Amin Tabatabai jurnalistlərə açıqlamasında deyib.
"Turnirə qatılan şahmatçılar top səviyyəli idmançılardır. Bu yarış mənim üçün həm də Dohada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır", - deyə şahmatçı bildirib.
Qeyd edək ki, memoriala dekabrın 11-də yekun vurulacaq.
Facebook-da paylaş





















