Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hidayət Heydərov: Növbəti Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm



“Olimpiya çempionu olmaq möhtəşəm hissdir. Görüşdən sonra şokda olduğum üçün sevinə bilmədim”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən xalqıma minnətdaram. Parisdə möhtəşəm şərait yaradılmışdı. Şükür ki, Vətənimə qələbə ilə döndüm”.
O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib: “Qarşıda bir sıra turnirlər, eləcə də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları var. Məqsədim bu yarışda da qızıl medal qazanmaqdır. Əgər iştirak edəcəyin yarışda özünəinam varsa, uğur da səninlə olacaq”.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş