Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın baş direktoru: “Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq”


“Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq, əlverişli olmayıb”.

BrendSport.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.

O, baza ilə bağlı axtarışların davam etdirildiyini bildirib: “Futbol akademiyamızın koordinatoru Aftandil Hacıyevin gəlişindən sonra aşağı yaş qruplarında xeyli dəyişikliklər olub. Hazırda baza ilə bağlı axtarışlarımız davam edir. Bunu dəqiqləşdirdikdən sonra vəziyyət daha yaxşı olacaq. Variantlar üzərində müzakirələr aparılır”.

Qeyd edək ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl mayda jurnalistlərə açıqlamasında akademiyanı “Azərsun Arena”ya yaxın ərazidə tikmək istədiklərini bildirmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş