Avropa çempionatı: Şahmatçılarımızın növbəti rəqibləri Rusiya və Almaniya yığmalarıdır
Oktyabrın 30-da Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının altıncı turuna start veriləcək.
BrendSport.az xəbər verir ki, kişi şahmatçılarımız Almaniya, qadın təmsilçilərimiz Rusiya yığmaları ilə qarşılaşacaqlar.
Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Ötən turların yekununa görə, qadın yığmamız 3-cü, kişi şahmatçılarımız 6-cı pillədə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.
Facebook-da paylaş