Azərbaycanın UEFA reytinqi
Avrokubokların II təsnifat mərhələsinin ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
Çempionlar Liqasında keçirilən 5 matçda sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən “Qarabağ” reytinqimizə 0.125 xal qazandırıb. 17.875 xalla ölkəmiz 22-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 18.125 xalı var.
Facebook-da paylaş