Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında beş azərbaycanlı şahmatçı liderlər sırasındadır



Bu günlərdə Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında beş azərbaycanlı şahmatçı 100 faizlik nəticə göstərir.

BrendSport.az
xəbər verir ki, qitə birinciliyinə ardıcıl iki qələbə ilə başlayanlar sırasında Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Məhəmməd Muradlı və Nicat Abasov yer alıblar.

Onların hamısı iki xalla liderlər qrupunda qərarlaşıb. Lakin əlavə göstəricilərə görə Süleymanlı birinci yeri tutur. Öz növbəsində Səmədov 24-cü, Babazadə 35-ci, Muradlı 52-ci, Abasov isə 53-cü pillədədir.

Qeyd edək ki, üçüncü turda Süleymanlı ilə Səmədov üz-üzə gələcək, Babazadə Belçikanı təmsil edən Daniel Daron ilə qarşılaşacaq, Muradlı polşalı Lukaş Lijne ilə oynayacaq, Abasov isə ukraynalı Svyatoslav Bazakuts ilə partiya keçirəcək.

Digər azərbaycanlı şahmatçılar iki xaldan az toplayıb və hələlik liderlər qrupundan kənarda qərarlaşıblar. Qeyd edək ki, ilk turda 13 azərbaycanlı şahmatçıdan 10-u qələbə qazanıb.

Xatırladaq ki, Avropa çempionatının yekunlarına əsasən ilk 20 şahmatçı 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş