Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri müəyyənləşib



Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üzrə yeni reytinq siyahısını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yüksək göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

40 yaşlı qrosmeyster 2715 xalla dünya reytinqində 27-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 2698 xalla 37-ci, Aydın Süleymanlı 2653 xalla 64-cü, Eltac Səfərli 2648 xalla 67-ci, Rauf Məmmədov isə 2636 xalla 87-ci sıradadır.

Qadın şahmatçılar arasında Ülviyyə Fətəliyeva 2431 xalla 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə 2374 xalla 64-cü, Gövhər Beydullayeva 2358 xalla 85-ci, Xanım Balacayeva isə 2350 xalla 92-ci yerdə qərarlaşıb.

Siyahıya yenə norveçli şahmatçı Magnus Carlsen (2840) başçılıq edir. ABŞ təmsilçiləri Hikaru Nakamura (2810) ikinci, Fabiano Caruana (2793) isə üçüncü pillədə yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş