Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniya və Norveçin qadın həndbolçuları dünya çempionatının finalına yüksəliblər



Qadın həndbolçulardan ibarət Almaniya və Norveç milli komandaları dünya çempionatının yarımfinalına yüksəliblər.

BrendSport.az
xəbər verir ki, Almaniya finalda sonuncu çempion Fransa ilə qarşılaşıb. Oyunda 29:23 hesabı ilə qalib gələn alman həndbolçular 1993-cü ildən sonra ilk dəfə finalda iştirak hüququ qazanıblar. Bu, Almaniya yığmasının Fransa üzərində son 20 ildə rəsmi matçlarda qazandığı ilk qələbədir.

Digər yarımfinal görüşündə isə Niderland və Norveç seçmələri qarşılaşıblar. Görüşdə norveçlilər 35:25 hesabı ilə qalib gələrək finalda Almaniyaya rəqib olublar. Niderland isə üçüncü yer uğrunda oyunda Fransa ilə qarşılaşacaq.

Almaniyanın Niderland ilə birlikdə ev sahibliyi etdiyi çempionatda 32 komanda mübarizə aparıb. Sonuncu çempion Fransa yığması bu il də əsas favoritlərdən hesab olunurdu.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş