Şahmatçılarımız Avropa çempionatında Almaniya və Gürcüstan komandaları ilə qarşılaşacaqlar
Noyabrın 14-də Sloveniyada şahmat üzrə komandalar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, kişilərdən ibarət komandamız Almaniya yığması ilə mübarizə aparacaq. Qadın şahmatçılarımız isə turnir cədvəlinin reytinq favoritlərindən olan Gürcüstan komandası ilə qarşılaşacaqlar.
Qeyd edək ki, həm kişi, həm qadın şahmatçılarımız hər iki oyunda rəqiblərinə qalib gələrək liderlər qrupunda yer alıblar.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır.
Çempionata noyabrın 21-də yekun vurulacaq.
Facebook-da paylaş