Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığması ilə mübarizə aparacaq
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.
BrendSport.az xəbər verir ki, bu gün turnirin ikinci turunun oyunları keçiriləcək. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.
Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir. Birinci turda Ş.Məmmədyarovun komandası İsveçin “Lunds ASK” yığmasına 5:1, N.Abasovun təmsil etdiyi komanda isə İslandiyanın “Viking Chess Club” klubunun şahmatçılarına 6:0 hesabı ilə qalib gəlib. Hər iki şahmatçımız turnirə qələbə ilə başlaylb.
İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma”, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.
Facebook-da paylaş