Radik İsaev növbəti dəfə qitə çempionu oldu
Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatına yekun vuruldu. BrendSport.az saytının ATF-na istinadən verdiyi məlumata görə, yarışın son günü dünya və Avropa çempionu, Avropa oyunlarının qızıl mükafatçısı, Olimpiya çempionu, İslam Oyunalrının qalibi, dünya kubokunun ikiqat sahibi Radik İsaev növbəti dəfə qitə çempionu olub.
Rəqibləri olan yunan idmançı Atanasios Nikoladis, rusiyalı Yuri Kiriçenka və Roman Kuznetsovu məğlub edən komandamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, millimiz bu Avropa çempionatında üçüncü medalını qazandı. Xatırladaq ki, yarışın ilk günü Patimat Abakarova, daha sonra Milad Beigi Hərçəqani bürünc medla sahib olmuşdur.
Alxas
Facebook-da paylaş