Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib



Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, İtaliyanın Coriqliano Rossano şəhərində təşkil olunan yarışda Azərbaycanın oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandası təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş yığmamızın 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlardan ibarət milli komanda yarışa əsas mərhələdən qoşulacaq. Bu raundun oyunlarına sabah start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş