Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçuları Avropa çempionatının ikinci gününü medalsız başa vurublar



Azərbaycanın daha iki cüdoçusu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında mübarizəyə start verib.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günündə Əbil Yusubov (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) qüvvələrini sınayıblar.

Ə.Yusubov təsəlliverici görüşdə, S.Şükürov isə 1/8 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıb.

Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş