Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya ikincisi olan Azərbaycan güləşçisi: Əsas hədəfim Olimpiya Oyunlarıdır



Asiya ölkələrinin təmsilçiləri də dünya çempionatında iştirak etdikləri üçün yarış çətin keçdi.

BrendSport.az
xəbər verir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında gümüş medal qazanmış Azərbaycan idmançısı Ruzanna Məmmədova (62 kiloqram) deyib.

O, güclü rəqiblərə qalib gələrək finala yüksəldiyini bildirib: “Finalda ilk hissədə hər şey yaxşı idi. 6:0 öndə idim. İkinci hissədə çox yoruldum. Dözümlülüyüm çatmadı deyə son xal prinsipinə əsasən məğlub oldum. Düzdür, nəticə məni qane etmir. Oraya qızıl medal üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il “qızıl”la qayıdacağam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, Olimpiya Oyunlarına lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə, bu yarışlar məni oraya aparan yoldur. İnanıram ki, U-23 dünya çempionatında da istədiyim kimi mübarizə apararam”.

Qeyd edək ki, digər qadın güləşçi Günay Qurbanova isə dünya çempionatında bürünc medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş