Voleybol yığmamızın məkanı dəyişdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında ev oyunlarını keçirəcəyi məkan dəyişdirilib. Faiq Qarayevin komandası rəqiblərini Bakı İdman Sarayında qəbul etməyəcək.
Son qərara əsasən yığmamız ev oyunlarını Voleybol Mərkəzində keçirəcək.
Qeyd edək ki, komandamız Avropa Liqasında Bolqarıstan, Ukrayna və Portuqaliya ilə birgə A qrupunda yer alıb. Yarışa isə mayda start veriləcək.
Facebook-da paylaş