Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz Avropa çempionatında inamlı mübarizə aparırlar



İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa cempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, idmançılar bu günlər şəxsi və qoşa növlərində mübarizə aparırlar. Secmə komandamızın üzvləri hər iki növdə inamla çıxış etməkdədirlər. Şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğrultmaqdadır. İdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərimiz bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar. Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş