Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın boks millisi “Paris-2024”ə ən çox lisenziya qazanan ölkələr sırasındadır



İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya təsnifat turniri başa çatıb.

BrendSport.az
xəbər verir ki, 113 ölkədən 602 boksçu 9 gün ərzində “Paris-2024” Yay Olimpiya Oyunlarına 49 lisenziya uğrunda mübarizə aparıblar.

Kişi boksçular 28, qadınlar isə 21 vəsiqənin sahibini müəyyənləşdiriblər.

Azərbaycanın kişilərdən ibarət yığması İtaliyada uğurla çıxış edib. Belə ki, 51 kiloqram çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında iştirak hüququ qazanıb. O, boks millimizin Olimpiadaya lisenziya qazanan üçüncü təmsilçisidir. Nicata qədər Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) buna nail olublar.

Busto Arsizioda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkənin kişi boksçuları lisenziya qazanmağı bacarıblar. Yalnız Qazaxıstan və Özbəkistan bu turnirdə 1-dən artıq vəsiqəyə sevinib. Digər 19 yığma, o cümlədən Azərbaycan millisi bir lisenziya əldə edib. Bu 19 ölkə sırasında zəngin boks ənənələrinə malik Kuba və ABŞ da var. Meydan sahibləri – italiyalılar və qardaş ölkə Türkiyənin boksçuları da yalnız bir lisenziya ilə kifayətləniblər.

Nicat Busto Arsizioda uğur əldə edən yeganə qafqazlı idmançı olub. Azərbaycandan fərqli olaraq, nə Gürcüstan, nə də Ermənistan Parisə lisenziya qazana bilməyib.

Ümumi siyahıda isə Azərbaycan 7-11-ci yerləri bölüşür. Yığmamızla yanaşı, ABŞ, Türkiyə, İtaliya və İrlandiya da 3 lisenziyaya sahibdir. Azərbaycan millisi Qafqazda boksun lideridir. Gürcüstan cəmi 1 vəsiqə qazanıbsa, Ermənistan lisenziya əldə etməyib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş