Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



EEVZA: Azərbaycanın U-20 millisi üçüncü oyunda məğlub olub



20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

BrendSport.az
xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (21:25, 14:25, 12:25)

Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş