Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı başa çatıb.



Yunan-Roma güləşi üzrə millimiz mundialda 1 gümüş, 3 bürünc medal qazanıb. 93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub!

BrendSport.az
xəbər verir ki, Türkiyə (121) birinci, Gürcüstan (78) isə üçüncü yeri tutub.

Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, DÇ-də Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş