Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan güləşində yeni rekord



Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atdı.

BrendSport.az
xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutdu. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşdı.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.


Facebook-da paylaş

Xəbəri paylaş