Premyer Liqa: "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki , ilk olaraq "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.
“Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci, "qırmızı-qaralar" 7 xalla 9-cu pillədə qərarlaşıb.
Turun mərkəzi görüşündə isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək. "Neftçi Arena"dakı matç saat 18:30-da start götürəcək. "Ağ-qaralar" 15 xalla 5-ci, "Sabah" isə 10 xalla 8-ci sıradadır.
29 oktyabr (bazar)
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
Qeyd edək ki, XI tura sabah reallaşacaq "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Facebook-da paylaş