Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”la oyunun ən yaxşısı: “İnsan həmişə xəyal qurmağı sevir”



“İnsan həmişə xəyal qurmağı sevir”.

BrendSport.az
xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

1 qol, 3 məhsuldar ötürmə ilə qarşılaşmanın ən yaxşısı seçilən 20 yaşlı yarımmüdafiəçi Bundesliqa və Avropa Liqasında qələbələri sıralamalarına baxmayaraq, hələ də çempionluq barədə düşünmədiklərini bildirib: “Qələbə hər zaman xoşdur. Yaxşı oyunla qalib gəlmək gələcəyə daha böyük inam verir. Həm Bundesliqada, həm də Avropa Liqasında işlərimiz yolunda gedir. Ancaq mümkün titullar barədə danışmaq üçün tezdir. Hələ mövsümün əvvəlindəyik. Qələbələr qazandıqca hədəfə doğru işimizi asanlaşdıracağıq”.

Qeyd edək ki, “Bayer 04” 3 turdan sonra H qrupunda 9 xalla liderdir. “Qarabağ”ın isə hesabında 6 xal var. Qrup mərhələsinin IV turunda bu komandalar Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 29-da reallaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş