Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Minifutbol yığmasının kapitanı: Komandamız dünya çempionatına tam hazırdır




“Bütün məşq proseslərini yüksək səviyyədə keçirmişik. Komandamız dünya çempionatına tam hazırdır”.

BrendSport.az
xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin kapitanı Seymur Məmmədov dünya çempionatına yolasalma mərasimində jurnalistlərə açıqlamasında deyib.

Futbolçu əsas hədəflərinin dünya çempionluğu olduğunu bildirib: “Azərbaycanda hər kəs bizi çempion kimi tanıyır. Hədəfimiz birincilikdir. Hamı bizdən yüksək nəticə gözləyir. Ona görə də çalışacağıq ki, öz gücümüzü meydanda maksimum göstərək. Hər bir oyun bizim üçün final matçı qədər əhəmiyyət kəsb edir. Rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş