Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Kuboku: Azərbaycanın həndbol komandaları cavab oyununa çıxırlar




Kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda növbəti oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın "Sesvete" klubu ilə qarşılaşacaq.

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Bir həftə əvvəl Xorvatiyada keçirilmiş ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Bundan başqa, Azərbaycanın turnirdəki digər təmsilçisi "Azəryol" da cavab oyununu keçirəcək. Komanda İtaliyada “Birksen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ötən gün baş tutan ilk matçda italiyalılar qələbə qazanıblar - 43:22.


Facebook-da paylaş

Xəbəri paylaş