Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin və "Neftçi"nin qrupları, oyun təqvimləri müəyyənləşib



3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində Azərbaycan millisinin və "Neftçi"nin qrupları, oyun təqvimləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yarış avqustun 22-23-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.

D qrupunda qərarlaşmış yığma Litva və Almaniya ilə mübarizə aparacaq. İlk oyun avqustun 22-də, saat 18:15 -də Litva seçməsinə qarşı baş tutacaq.

“Neftçi” isə C qrupunda "Yuanda" (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara yüksəlməyə çalışacaq üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə gücünü sınayacaq. Bakı klubu ilk oyununu saat 17:50 -də məhz bu yığmalardan birinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş