Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.
Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Facebook-da paylaş