Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri müəyyənləşib

Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri müəyyənləşib


3-08-2023, 15:25


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Geri qayıt