Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb. Onun rəqibi italiyalı Damiano Salvato Tramontana olacaq.
Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.
Facebook-da paylaş