Əsas Səhifə > Milli komandalar > Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib

Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib


1-07-2023, 13:30


Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb. Onun rəqibi italiyalı Damiano Salvato Tramontana olacaq.

Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.
Geri qayıt