Azərbaycan millisinin baş məşqçisi: "Taekvondoçular özlərini göstərə bilmədilər"
"Komanda yarışa yaxşı hazırlaşmışdı. Amma dayanq üzərində özlərini göstərə bilmədilər".
BrendSport.az xəbər verir ki, o, 67 kq-dakı Fəridə Əzizovanın zədədən yeni qayıtdığını, 49 kq-dakı Patimat Abakarovanın isə səhhətində problem olduğunu söyləyib.
Mütəxəssis 46 kq-dakı Minayə Əkbərovanın üçüncü yer uğrunda qarşılaşmada məğlub olduğunu xatırladıb və onun yaxşı çıxış etdiyini bildirib.
O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı proqnoz verməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın qadın taekvondoçuları III Avropa Oyunlarını medalsız başa vurublar.
Facebook-da paylaş