Ukrayna millisinin yeni baş məşqçisi Sergey Rebrov olacaq
BrendSport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə vasitəsilə paylaşım edib.
Onun sözlərinə görə, 49 yaşlı mütəxəssis Ukrayna Futbol Assosiasiyası ilə ilkin müqavilə imzalayıb. Rebrov hazırda sükanı arxasında olduğu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubu ilə iyunun sonuna qədər olan sözləşməsini yeniləməmək qərarına gəlib.
Assosiasiyanın tezliklə yeni baş məşqçi ilə 3 illik müqavilə imzalandığını açıqlaması gözlənilir. Rebrov bu postda debütünü iyunun 12-də Almaniya ilə keçiriləcək yoldaşlıq görüşündə edəcək.
Qeyd edək ki, Sergey Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna yığmasının formasını geyinib. O, 2021-ci ilin yayından “Əl-Ayn”a rəhbərlik edir.
Facebook-da paylaş