Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Avropa kubokunda iştirak edəcək Azərbaycanın cüdo millisinin heyəti açıqlanıb

Avropa kubokunda iştirak edəcək Azərbaycanın cüdo millisinin heyəti açıqlanıb


Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, yığma yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.
Qızlarda Fidan Əlizadə (57 kq), oğlanlarda isə Nizami İmranov, Nurlan Kərimli, Nicat Şirinov (hamısı 60 kq), İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Qadir Hüseynov, Vüsal Qələndərzadə, Elnur Qasilov (hamısı 73 kq), Ömər Rəcəbli, Aslan Kotsoyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.
Komandaya baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.
Mayın 6-sı və 7-də keçiriləcək turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları mayın 8-dən 10-dək Parisdə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş