Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yunan-Roma güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri məlum olub

Yunan-Roma güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri məlum olub

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, qitə birinciliyinin son üç günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Bu gün bu növ üzrə püşkatma mərasimi keçirilib. Güləşçilərimizin də ilk rəqibləri bəlli olub. Belə ki, Eldəniz Əzizli (55 kq) Artyom Deleanu (Moldova) - Stefan Qriqorov (Bolqarıstan), Nihat Məmmədli (60 kq) bolqarıstanlı Edmond Nazaryan, Taleh Məmmədov (63 kq) Yakopo Sandron (İtaliya) - Kriştian Kekemeti (Macarıstan), Həsrət Cəfərov (67 kq) Portuqaliya idmançısı Pedro De Morais, Ülvü Qənizadə (72 kq) ukraynalı Andrey Kulik, Sənan Süleymanov (77 kq) macarıstanlı Joltan Levay, Rafiq Hüseynov (82 kq) Mark Veber (İsveçrə), İslam Abbasov (87 kq) fransalı Turpal Maqamadov, Arif Niftullayev (97 kq) Artur Omarov (Çexiya), Sabah Şəriəti (130 kq) isə macarıstanlı Dariuş Vitek ilə qarşılaşacaq.
Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130 kq-da yer alan güləşçilər çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş