Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. BrendSport.az xəbər verir ki, Solna şəhərində keçiriləcək matçı Fransadan olan qadın hakim idarə edəcək. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək göstərəcək. ... Ətraflı »
İsveç–Azərbaycan oyunu qadın hakimə həvalə olunub

Azərbaycan – Şimali Makedoniya oyununda qalib müəyyənləşməyib

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. BrendSport.az xəbər verir ki, “Dalğa Arena”da Şimali Makedoniya yığmasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə nəticələnib. Komandalar arasında ... Ətraflı »
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq

Bu gün futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində mübarizəyə başlayır. BrendSport.az xəbər verir ki, millimiz 2023-cü ildəki ilk sınağına Avstriyada çıxacaq. Yığmamız Linz şəhərində yerli komandanın qonağı olacaq. Ralf Ranqnikin kollektivi doğma arenasındakı görüşün favoriti ... Ətraflı »
Ronaldo millinin heyətində ən çox oyun keçirmə rekorduna imza atıb

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo rekorda imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub. BrendSport.az xəbər verir ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk ... Ətraflı »
Millimizin yoldaşlıq oyunlarını yerli hakimlər idarə edəcəklər

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində ... Ətraflı »
“Qarabağ” - “Qalatasaray” oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq

“Qarabağ”la İstanbulun “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. BrendSport.az xəbər verir ki, azarkeşlər həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər. Bakı Olimpiya Stadionunda təşkil ... Ətraflı »
Stolüstü tennisçilərimizdən daha bir medal

BrendSport.az xəbər verir ki, stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Türkiyənin Antalya şəhərində təşkil etdiyi "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər. 1/8 finalda Türkiyəni təmsil edən Nehir ... Ətraflı »
Aynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb

Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Çempionatda 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən millimizin üzvü dörddəbir finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb. BrendSport.az Azərbaycan ... Ətraflı »
Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Şiroki Briyeq ... Ətraflı »
Azərbaycanın U-17 millisi Qazaxıstan yığmasına qalib gəlib

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. BrendSport.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Matç 2:0 hesabı ilə millimizin ... Ətraflı »






















