“Bursaspor” – “Qarabağ” oyununda qalib müəyyənləşməyib
Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq futbol turniri start götürüb.
BrendSport.az xəbər verir ki, E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası ilk turda Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb.
Oyun 0:0 hesabı ilə başa çatıb.
U-12 komandamız bu gün Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” klubları ilə qarşılaşacaq.
Facebook-da paylaş