Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub
![Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub](/uploads/posts/2023-03/1680232407_16802082632610033657_367x266.jpg)
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib. Bununla da yarışda üçüncü dövrəyə yekun vurulub.
BrendSport.az xəbər verir ki, ilk oyundan əvvəl 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə ilə əlaqədar bir dəqiqəlik sükut elan edilib.
Turun ilk oyununda “Record” komandası “Neftçi” ilə qarşılaşıb. Görüş “Neftçi”nin 12:4 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti oyunda “Alyans” ilə “Baku Fire” üz-üzə gəliblər. “Baku Fire” oyundan böyük hesablı qələbə ilə ayrılıb – 21:1.
Azərbaycan çempionu “Araz-Naxçıvan” turun sonuncu oyununda U-19 komandası ilə qarşılaşıb və rəqibini 8:1 hesabı ilə məğlub edib.
Xallarının sayını 43-ə çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlindəki birinciliyini möhkəmlədib. “Baku Fire” 34 xalla ikinci, “Neftçi” isə 29 xalla üçüncü pillədə yer alıblar.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)