Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Xetafe"nin türk əsilli futbolçusu Messinin İspaniya çempionatındakı rekordunu yeniləyib



Futbol üzrə İspaniya çempionatının XXV turunun “Kadis” və “Xetafe” komandalarının qarşılaşmasında Lionel Messinin rekordu yenilənib.

BrendSport.az
xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə sonuncu qolun müəllifi “Xetafe”nin türk əsilli hücumçusu Enes Ünal olub.

Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. Artıq əlavə olunmuş 16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirərək yekun hesabı müəyyənləşdirib. Bu, 105:14-cü dəqiqəyə təsadüf edib.

Beləliklə, Ünal XXI əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. Əvvəllər bu nailiyyət 2008-ci ilin payızında “Barselona”nın heyətində “Espanyol”un qapısına təyin olunmuş penaltini 102:52-ci dəqiqədə dəqiq yerinə yetirən argentinalı hücumçu Lionel Messiyə məxsus idi.

"Kadis" XXV turdan sonra 27 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir. "Xetafe" isə 1 xal geridə qalaraq 16-cı yeri tutur.


Facebook-da paylaş

Xəbəri paylaş