Paris-2024: İdmansevərlər biletlərin qiymətindən narazıdırlar
Son bir həftə ərzində 2024-cü il Olimpiya Oyunlarına püşkatmada iştirak edənlər üçün bilet almaq mümkün olub. Olimpiya Oyunlarına biletlərin qiyməti insanları məyus edib.
BrendSport.az xəbər verir ki, Paris-2024 oyunlarına biletlərin qiymətindən narazılıqlar var. Belə ki, “hamı üçün əlçatan” elan edilməsinə baxmayaraq Olimpiya Oyunlarına biletlərin qiyməti əksəriyyət üçün əlçatan deyil. Olimpiya Oyunları üçün püşkatmada özlərini şanslı bilənlər də tezliklə başa düşüblər ki, əlləri ciblərində olmalıdır.
Özünü şanslı hesab edənlər 25 avroluq yerlərə bilet almağı düşünsələr də, məlum olub ki, artıq bu qiymətə yer yoxdur. Olimpiya Oyunları üçün ən ucuz bilet 24 avrodur, ancaq bu qiymətə bilet heç kim ala bilməyib. Püşkatmanın şanslıları bilet almaq istəyəndə ən ucuz biletin 180 avro, hətta 300-dən 600-dək avro olduğunu görüblər. İdmanı çox sevməklərinə baxmayaraq, 690 avro ödəyə bilmədiklərini bildirir və məyus olduqlarını deyirlər.
Fransızlar qiymətlərin son dərəcə baha olmasından şikayətlənirlər. Paris-2024 təşkilatı bütün Olimpiya idman növləri üçün 24 avroya 500 min biletin satışa çıxarılacağını elan etmişdi. Ən ucuz olan D kateqoriyalı oturacaqların böyük bir hissəsi kassa açıldıqdan 24 saat sonra “satış üçün əlçatmaz” idi. Elə həmin vaxtdan da Olimpiya Oyunlarını izləmək üçün biletlərin minimum qiyməti sürətlə artıb.
Satışın növbəti mərhələsi, yəni 2023-cü ilin mayında tək biletlərə giriş imkanı veriləcək. Olimpiya Oyunları Təşkilatın məlumatına görə, hələ də mövcud olan biletlərin satışı üzrə endirimlər oyunlara qədər müntəzəm olaraq, rəsmi satış saytında, püşkatma olmadan həyata keçiriləcək.
Qeyd edək ki, Olimpiada 2024-cü il iyulun 24-dən avqustun 11-dək keçiriləcək.
Facebook-da paylaş