Cüdoçularımız Varşava Açıq Avropa turnirində iştirak edəcəklər
Fevralın 25-də və 26-da Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, yarışa 44 ölkədən 463 idmançı qatılacaq.
Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.
Facebook-da paylaş