Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” idman klubunun yetirmələri Niderlandda məktəb və klublararası şahmat turnirinin qalibi olublar

“Qarabağ” idman klubunun yetirmələri Niderlandda məktəb və klublararası şahmat turnirinin qalibi olublar

Niderland Krallığında məktəblilər arasında keçirilmiş şahmat turnirinin qalibləri Rotterdamda yerləşən “Qarabağ” idman klubunun yetirmələri olub.

BrendSport.az xəbər verir ki, 160-dan çox məktəblinin qatıldığı “Grand Prix Schaakmat Westland” şahmat turnirində 1-ci və 3-cü yerləri “Qarabağ” idman klubunun yetirmələri Lütfiyar Məmmədov və Məleykə Məmmədova bölüşüblər.

Azərbaycan əsilli qaliblər əvvəlcə məktəb və klublararası, sonra isə Rotterdam şəhəri üzrə şahmat turnirinin qalibi olublar.

Lütfiyar Məmmədov və Məleykə Məmmədova qarşıdan gələn aylarda Niderland Krallığı üzrə keçiriləcək şahmat turnirlərində iştirak edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş