Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınan oyunların tarixi açıqlanıb
Türkiyə Super Liqasında zəlzələyə görə XXIII turdan təxirə salınan oyunların tarixi açıqlanıb.
BrendSport.az xəbər verir ki, "Giresunspor" - "Kayserispor" və "Fənərbağça" - "Konyaspor" matçları fevralın 25-də, "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə bundan bir gün sonra keçiriləcək.
Bundan başqa, İstanbuldakı terror səbəbindən baş tutmayan XIV turun "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-da oynanılacaq.
Qeyd edək ki, zəlzələ səbəbindən “Hatayspor” və “Qaziantep” klubları Super Liqada çıxışını dayandırmağa qərar verib. TFF hər iki klubun gələn ildən Super Liqada iştirak edəcəklərini açıqlayıb.
Facebook-da paylaş