Bakının “Sabah” klubu Serbiyanın “Voyvodina” komandasına qalib gəlib
Bakının “Sabah” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Voyvodina” klubu ilə qarşılaşıb. Görüş “Sabah”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində Davit Volkov dubl edib, digər qolları Aleksey İsayev və Aleksey Kaşuk vurublar.
Qeyd edək ki, “Sabah” Antalyadakı ilk yoxlama matçında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.
Facebook-da paylaş