“Sabah” bu gün Antalyada sonuncu yoxlama oyununa çıxacaq
Antalyada təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Vayvodina” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” ilk yoxlama matçında Polşanın “Varta” klubu ilə 1:1 hesablı heç-heçə edib.
Facebook-da paylaş