“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb
BrendSport.az xəbər verir ki, “qırmızı-qaralar” növbəti sınaq matçında Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gəlib.
“Limak Sports Senter”də keçirilən oyun “Qəbələ”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı rəqib açıb. Almanlar 17-ci dəqiqə fərqləniblər. 30-cu dəqiqədə Gülağa Əsədov “Qəbələ”nin bərabərlik qoluna imza atıb.
Ramon Maçado 57, Felipe Santos isə 70-ci dəqiqədə Azərbaycan təmsilçisinin üstünlüyünü möhkəmlədibsə, 72-ci dəqiqədə rəqib fərqi azaldıb.
Bu, oyunda sonuncu qol olub. “Qəbələ” ikinci oyununda 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “qırmızı-qaralar” hazırlıq prosesindəki ilk qarşılaşmasında Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə üsib - 2:2.
Facebook-da paylaş