“Qəbələ” klubu Antalyada Almaniyanın “Lukenvalde” komandası ilə qarşılaşacaq
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regional liqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub.
Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı sonuncu görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.
Facebook-da paylaş