“Qəbələ” komandası mövsümün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb
“Qəbələ” futbol klubu 2022-2023-cü il mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb. Antalyada qış təlim-məşq toplanışı keçirəcək “Qəbələ” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.
BrendSport.az kluba istinadla xəbər verir ki, hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da isə Çexiyanın “Teplitse” klubu ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.
Facebook-da paylaş