FIFA-dan “Qalatasaray” klubuna qadağa
Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası qoyub.
BrendSport.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir.
Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. Yarımmüdafiəçi 18 min 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq.
Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.
Facebook-da paylaş