Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sambo üzrə Avropa çempionatı Serbiyanın Novi Sad şəhərində keçiriləcək

Sambo üzrə Avropa çempionatı Serbiyanın Novi Sad şəhərində keçiriləcək


Sambo üzrə növbəti Avropa çempionatı sentyabrın 14-dən 19-dək Serbiyanın Novi Sad şəhərində keçiriləcək.
BrendSport.az xəbər verir ki, yarışın keçirilməsi ilə bağlı qərar Avropa Sambo Federasiyası icraiyyə komitəsinin videokonfrans formatında keçirilən iclasında qəbul edilib.
Qitə çempionatı yeniyetmə, gənclər, böyüklər arasında keçiriləcək. İcraiyyə komitəsinin üzvləri beynəlxalq təlim-məşq toplanışlarının təşkili barədə də qərar qəbul ediblər. Şərtlər, tarixlər və yerlər daha sonra elan ediləcək.
Beynəlxalq Sambo Federasiyasının (FIAS) qərarına əsasən, Rusiya və Belarus samboçuları beynəlxalq yarışlarda FİAS-ın bayrağı, loqosu və himni altında mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş