Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Firdovsi Umudov: Əsas məqsədimiz voleybolçularımızın beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməsinə nail olmaqdır

Firdovsi Umudov: Əsas məqsədimiz voleybolçularımızın beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməsinə nail olmaqdır


Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2006-2007-ci il təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində “Sərhədçi” komandası uğurla çıxış edərək ikinci yeri tutub.
“Sərhədçi” klubunun prezidenti Firdovsi Umudov BrendSport.az-a açıqlamasında komandanın nəticələrindən razı qaldığını bildirib. O, qeyd edib ki, yeniyetmə voleybolçuların gələcəkdə daha böyük nailiyyətlər əldə etmələri üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb: “Potensiallı voleybolçuları aşkar etmək, onların yüksək səviyyədə hazırlığını təmin etmək, ölkədaxili yarışlarda uğurla çıxış etmələrinə nail olmaq istəyirik. Əsas məqsədimiz budur ki, voleybolçularımız beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etsinlər, Azərbaycan Respublikasının Dövlət Himnini beynəlxalq arenalarda səsləndirib, bayrağımızı yüksəklərdə dalğalandırsınlar”.
Klubun prezidenti ümummilli lider Heydər Əliyevin idman siyasətini uğurla davam etdirən ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Olimpiya hərəkatı və idmanın inkişafının geniş vüsət aldığını, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın idmanın inkişafına böyük diqqət yetirdiyini vurğulayan klub rəsmisi ölkəmizdə Olimpiya hərəkatı və idmanın inkişafının məhz uğurlu dövlət siyasəti sayəsində mümkün olduğunu qeyd edib: “Bu gün hər bir Azərbaycan vətəndaşı respublikamızın daha böyük qələbələr əldə etməsi üçün səylə çalışır. İnanıram ki, idmanın inkişafı sahəsində daha parlaq nailiyyətlərə imza atacağıq”.
Firdovsi Umudov kluba göstərdikləri diqqət və dəstəyə görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə, eləcə də federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, 2006-2007-ci il təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində birinci yeri “Abşeron”, üçüncü yeri isə “Xətai” komandaları tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş